Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi balıqların kütləvi ölümünə səbəb olub
Ekologiya
- 10 mart, 2021
- 06:51
İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.
Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.
Son xəbərlər
10:39
Zaqatalaya qar yağır - FAKTİKİ HAVA
Ekologiya10:38
Şöbə müdiri: Azərbaycanda könüllülərin inkişafı üçün müntəzəm addımlar atılır
Daxili siyasət10:35
Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur
Elm və təhsil10:34
Nazir: Akademik Yusif Məmmədəliyevin tədqiqatları Azərbaycan elminə böyük töhfələr verib
Elm və təhsil10:33
Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb
Hadisə10:31
Putin dekabrın 19-da geniş mətbuat konfransı keçirəcək
Region10:27
"Araz-Naxçıvan" Portuqaliya klubu ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib
Futbol10:27
Azərbaycanda 4 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur10:19