Kürdə suyun səviyyəsi sürətlə azalır
Ekologiya
- 14 fevral, 2021
- 09:46
Kür çayında suyun səviyyəsi xeyli azalıb.
“Report”un Aran bürosu xəbər verir ki, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşməyə başlayıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Belə ki, son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif yerlərində adacıqlar əmələ gəlib.
Bununla yanaşı, sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində çətinliklər yaranıb.
Mütəxəssislər hesab edir ki, çayda enmələr bu templə davam etsə, yaz və yay aylarında əkin sahələrinin suvarılmasında yenidən çətinliklər yarana bilər.
Qeyd edək ki, bir ay əvvəl Kürdə suyun səviyyəsi 3,6 metr qalxmışdı.
Son xəbərlər
01:18
Bəqai: İranın hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı
Region00:49
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
Digər ölkələr00:11
Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Xarici siyasət00:05
Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Region23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26
Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
Digər ölkələr23:14