Havanın temperaturu 4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Ekologiya
- 29 may, 2020
- 15:51
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.
Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var.
Son xəbərlər
08:13
ABŞ konqresmeni İrana təkrar zərbələrin qaçılmaz olduğunu bildirib
Digər ölkələr08:00
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Region07:43
Vaşinqtonda Hörmüz boğazında gəmiçiliyin bərpasına BMT-nin cəlb edilməsi müzakirə olunur
Digər ölkələr07:30
DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək
Elm və təhsil07:15
Türkiyə Mərkəzi Bankı cümə axşamı faiz qərarını açıqlayacaq
Maliyyə06:47
Ohayo ştatında baş verən atışmada yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB
Digər ölkələr06:30
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və təhsil06:09
Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər
Digər ölkələr05:15