Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildi
Ekologiya
- 22 aprel, 2020
- 13:02
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Son xəbərlər
07:30
DİM bu gün dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirəcək
Elm və təhsil07:15
Türkiyə Mərkəzi Bankı cümə axşamı faiz qərarını açıqlayacaq
Maliyyə06:47
Ohayo ştatında baş verən atışmada yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB
Digər ölkələr06:30
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və təhsil06:09
Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər
Digər ölkələr05:15
"Reuters": ABŞ MOL və NIS şirkətləri arasındakı sazişin müddətini iyunun 16-dək uzadıb
Digər ölkələr04:50
KXDR heç bir halda nüvə silahından imtina etməyəcəyini açıqlayıb
Digər ölkələr04:07
İsrail ordusu iki gün ərzində Livanda 150-dən çox hədəfə hücum edib
Digər ölkələr03:35