Fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq
Ekologiya
- 22 fevral, 2021
- 09:03
Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.
"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq: "Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır. Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".
F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.
Son xəbərlər
12:10
Baş İdarənin əməliyyatı zamanı 26 kq narkotik aşkarlanıb
Hadisə12:04
Növbəti üç gündə intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Ekologiya12:01
Bakıda gəncin kanalizasiyaya düşüb ölməsi ilə bağlı məhkəmədə: Ərazidə bərpa işləri üçün əmr verilməyib
Hadisə12:01
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib
Media12:00
Erməni arxiyepiskopun həbs müddəti iki ay uzadılıb
Region11:57
Qızıl 5 %-dən çox bahalaşıb
Maliyyə11:53
İranda bazar yanır
Region11:46
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Daxili siyasət11:45