Dağlıq ərazilərdə görünüş məsafəsi 500 m-dək məhdudlaşır - FAKTİKİ HAVA
Ekologiya
- 19 may, 2026
- 18:05
Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Xidmətdən "Report"a verilən məlumata görə, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər və Gəncədə 16 m/s-dək güclənir.
Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Son xəbərlər
20:55
Kallas: Aİ Rusiya səfirini çağıracaq və bu ölkənin hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar təklif edəcək
Digər ölkələr20:50
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
Hərbi20:47
Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb
Digər ölkələr20:40
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Region20:35
Küveyt ordusu İranın dron hücumunun dəf edildiyi barədə məlumat verib
Digər ölkələr20:25
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır
İnfrastruktur20:20
Latviya Rusiyaya etiraz notası təqdim edib
Digər ölkələr20:18
"İmişli" və "Araz-Naxçıvan" yoxlama oyununda üz-üzə gəliblər
Futbol20:14