Bakıda və bir sıra rayonlarda görünüş məsafəsi məhdudlaşıb
Ekologiya
- 07 mart, 2024
- 06:01
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.
Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:
“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.
Son xəbərlər
06:13
Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr06:07
DÇ-2026: Argentina - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol05:42
Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Digər ölkələr05:26
Norveç millisinin baş məşqçisi Stole Solbakken: "Hazırda yalnız böyük məyusluq hiss edirəm"
Futbol05:13
İranın bir sıra şəhərlərində partlayışlar olub
Region05:04
Tomas Tuxel: "Bu gün Norveçə qarşı bir qədər də şanslı idik"
Futbol04:37
Amerika basketbolçusu Kaynu Roçford Nyu-Yorkda atışmada öldürülüb
Komanda04:06
ABŞ İrana qarşı üçüncü hücum dalğasına başlayıb
Digər ölkələr04:02