Cəlilabadın dağlıq kəndlərinə qar yağıb
Ekologiya
- 02 yanvar, 2026
- 15:09
Cəlilabad rayonunun dağlıq kəndlərinə mövsümün ilk qarı yağıb.
"Report"un Muğan bürosunun məlumatına görə, qar rayonun əsasən dağlıq hissədə yerləşən - Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağıb.
Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i ötüb. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyünün qalınlığı 25 sm-ə çatıb.
Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur və qar yağmaqda davam edir.
Yerli sakinlərin sözlərinə görə, adətən mövsümün ilk qarı rayon ərazisinə dekabr ayı düşüb. Bu il isə ilk qar bir qədər gec yağıb.
Son xəbərlər
00:19
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Digər ölkələr00:18
Foto
DÇ-2026: İngiltərə Argentina ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Futbol00:15
Messi dünya çempionatlarının yarımfinalında iştirak edən ən yaşlı meydan oyunçusu olub
Futbol23:50
Serbiyanın Aİ-yə üzvlüyü: III klasterin açılması üçün bütün meyarları yerinə yetirib
Digər ölkələr23:31
ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb
Region23:30
Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
Futbol23:24
İranda Əhvaz və Çabahar şəhərlərində partlayış səsləri eşidilib
Region23:13
Foto
Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb
Xarici siyasət22:53