Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Ekologiya
  • 26 dekabr, 2024
  • 13:32
Növbəti iki gündə Bakıya yağış, rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.