Anomal isti ilə bağlı xəbərdarlıq edildi
Ekologiya
- 21 iyun, 2021
- 12:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti anomal istilərlə bağlı xəbərdarlıq yayıb.
Nazirlikdən "Report"a verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Son xəbərlər
07:16
İran və Yeni Zelandiya oyununun ən yaxşısı müəyyənləşib
Futbol07:03
Dünya çempionatı: İran və Yeni Zelandiya oyununda qalib müəyyənləşməyib
Futbol06:48
"Axios": ABŞ rəsmiləri İranın nüvə sazişinə əməl etməsinə şübhə ilə yanaşırlar
Digər06:19
Tramp ABŞ-nin İrana planlaşdırılan ödənişləri ilə bağlı xəbərləri yalan adlandırıb
Digər ölkələr05:33
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
Region05:26
Kəbənin örtüyü dəyişdirilib
Din05:08
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi: "Uruqvayla oyunda qazanılan 1 xal çox dəyərlidir"
Futbol04:53
Uruqvay millisinin baş məşqçisi: "Səudiyyə Ərəbistanı məğlub etməli olduğumuz komanda idi"
Futbol04:48