Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib

Ekologiya
  • 31 oktyabr, 2025
  • 16:26
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Son xəbərlər

Bütün Xəbər Lenti