Ağac kəsən şəxs cəzalandırılıb
Ekologiya
- 12 may, 2021
- 10:36
Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev "Report"a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt şəhər prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".
Son xəbərlər
10:25
"Bakı Marafonu 2026" start götürüb
Fərdi10:12
Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Xarici siyasət10:03
Foto
"Bakı Marafonu 2026" başlayır
Fərdi09:58
İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əməliyyatların bərpasını müzakirə edəcək
Digər ölkələr09:37
Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır
Maliyyə09:15
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Futbol08:57
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Maliyyə08:50
AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Maliyyə08:35