ABŞ xüsusi təyinatlılarına 97 yaşlı qadın üzv qəbul edilib

Dünya
  • 09 noyabr, 2014
  • 09:00
ABŞ xüsusi təyinatlılarına 97 yaşlı qadın üzv qəbul edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ Ordusunun "Yaşıl beretlilər" xüsusi təyinatlı qüvvələrinin sıralarına Virciniya-Biç şəhərindən olan 97 yaşlı qadın üzv qəbul edilib.

"Report" "FederalPost" nəşrinə istinadən xəbər verir ki, təqaüdçü Doris Beykerin ordu sıralarına qəbul edilməsi mərasimi təntənəli şəkildə keçirilib.

Doris ilk təyinatını II Dünya müharibəsindən sonra alıb. Həmin vaxt o, xüsusi təyinatlıların Avropaya ezam olunmuş üzvlərinin övladlarına dərs demək üçün Almaniyaya yollanıb.

" "Yaşıl beretlilər" mənim üçün ikinci ailəyə idi. Mən həmişə öz problemlərimlə bağlı onlara müraciət edə bilirdim", - deyə qadın bildirib.