Şeyxülislam Allahşükür Paşazadə İrana səfər edəcək
Din
- 21 noyabr, 2014
- 06:08
Bakı. 21 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də İran İslam Respublikasına səfərə yola düşəcək. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd 23-24 noyabr tarixlərində İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.
QMİ-dən bildirilib ki, Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.
Son xəbərlər
00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43
Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Digər ölkələr23:24
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
Region23:02
"Axios": İrana zərbələri dayandırmağı CENTCOM-un rəhbəri tövsiyə edib
Digər ölkələr22:44
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
Digər ölkələr22:27
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini strateji səhv adlandırıb
Digər ölkələr22:12