Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Din
- 19 mart, 2026
- 17:14
Sabunçu rayonunda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, müxtəlif tarixlərdə rayon ərazisində yerləşən 9 evdən ümumilikdə 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.
Keçirilmiş tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
22:37
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
Region22:17
Foto
Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Fərdi22:06
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
Digər ölkələr21:46
Foto
Gürcüstanda yaşayan azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi21:33
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı növbəti oyununda uduzub
Komanda21:25
Video
ADSEA-nın tabeli qurumları ərazilərdə yığılan yağış sularının kənarlaşdırılması işlərini davam etdirir
İnfrastruktur21:22
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
Region20:55
"İnter"in hücumçusu Lautaro Martines zədələnib
Futbol20:54