Ramin Məmmədov Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub

Din
  • 24 noyabr, 2025
  • 17:28
Ramin Məmmədov Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub.

"Report" xəbər verir ki, R.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərin önəmini vurğulayaraq məscid, kilsə, sinaqoqların bərpası, inşası da daxil olmaqla, dini ibadət yerlərinə dövlət tərəfindən daim dəstək göstərildiyini bildirib.

Ramin Məmmədov qeyd edib ki, Azərbaycanda əsrlər boyu formalaşan multikulturalizm ənənələri müxtəlif dinlərin, mədəniyyətlərin sülh, qarşılıqlı hörmət şəraitində yaşamasını təmin edən əsas amillərdən biridir. Müstəqilliyi bərpa etdikdən sonra ölkədəki dinlərarası harmoniya daha da möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.

Görüş zamanı Dini Mərkəzin katibi Ramazan Əsgərli bəhai icmaları üçün ölkədə yaradılan əlverişli şərait, eləcə də milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Bəhailəri Dini Mərkəzi ölkədə mövcud olan tolerantlıq və qarşılıqlı hörmət ənənələrinə uyğun olaraq fəaliyyətini uğurla həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti