İmam: Azad olunan ərazilərdə məscidlərin dağıdılması məsələsi beynəlxalq tədbirlərdə qabardılır

Din
  • 23 dekabr, 2025
  • 12:31
İmam: Azad olunan ərazilərdə məscidlərin dağıdılması məsələsi beynəlxalq tədbirlərdə qabardılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işğaldan azad olunan ərazilərdə məscidlərin dağıdılması məsələsini beynəlxalq tədbirlərdə qabardır.

"Report" xəbər verir ki, bunu Heydər Məscidində vəhdət namazı zamanı Zəngilan şəhər Cümə məscidinin imamı Müşfiq Fərzəliyev deyib.

O bildirib ki, bugünkü tədbir Azərbaycanda din və dövlət münasibətlərinin müsbət göstəricisidir: "Komitənin regionlarda keçirdiyi toplantılar, vətəndaş qəbulu, beynəlxalq tədbirlərdə dini komitənin iştirakı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük önəm daşıyır".

İmam qeyd edib ki, torpaqlar işğaldan azad olunduqdan sonra orada bir sıra məscidlər tikildi: "Bu gün dövlətimiz bizə ən önəmli vəzifəni - məsciddə imam vəzifəsini verib. Bu gün minbərdəyik, lazım olarsa, sabah da səngərdə ola bilərik".

Son xəbərlər

Bütün Xəbər Lenti