Gürcüstanın baş naziri müsəlman dini liderlərlə görüşüb
Din
- 31 iyul, 2020
- 15:42
Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin müsəlman dini liderləri ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı müsəlman icmasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
O deyib ki, Gürcüstanın gücü onun müxtəlifliyindədir: “Biz həmişə müxtəlifliyi qoruyub saxlamışıq və bundan sonra da onun qayğısına qalacağıq”.
G.Qaxarianın sözlərinə görə, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi naminə çalışması çox önəmlidir: “Biz bu ölkəni bir yerdə qururuq və gələcəyi üçün birgə işlər görürük”.
Baş nazir müsəlmanlara uğurlar, cansağlığı və firavanlıq arzulayıb.
Son xəbərlər
17:12
İlham Əliyev Venesuelada zəlzələdə insan təlafatına görə başsağlığı verib
Xarici siyasət17:11
Futbol üzrə Azərbaycan I və II Liqasının başlama tarixi bəlli olub
Futbol17:10
İran ABŞ-ni anlaşma memorandumunun pozulmasının ağır nəticələri barədə xəbərdar edib
Digər ölkələr17:05
"İmişli" klubu 2026/2027 mövsümündə azərbaycanlı mütəxəssis və futbolçulara üstünlük verəcək
Futbol17:03
Azərbaycanda turagentlərin və turoperatorların gəlirləri 34 %-ə yaxın artıb
Turizm17:02
Maliyyə Nazirliyində yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Maliyyə17:02
Mixail Qusman: Heydər Əliyevin irsi gələcək nəsillər tərəfindən uzun illər öyrəniləcək
Xarici siyasət17:01
Kiberpolis "1xBet" platforması vasitəsilə qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa edib
Hadisə17:00