Dövlət Komitəsi İğdır şəhərində iftar proqramı təşkil edib

Din
  • 05 mart, 2026
  • 21:29
Dövlət Komitəsi İğdır şəhərində iftar proqramı təşkil edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin İğdır şəhərinə səfər edib, orada yaşayan azərbaycanlılar və yerli əhali üçün iftar proqramı təşkil olunub.

"Report"un yerli bürosunun məlumatına görə, tədbir Dövlət Komitəsinin dəstəyi və İğdır vilayət rəhbərliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə vilayət rəhbəri Mustafa Fırat Taşolar, millət vəkilləri - Cantürk Alagöz və Abdulhamit Gül, müstəqil siyasətçi Sinan Oğan, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Proqram Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri və məzunları tərəfindən Qurandan ayələr oxunub.

İftar proqramında çıxış edən R. Məmmədov bildirib ki, istənilən xarici müdaxilələrə qarşı Azərbaycan və Türkiyə çiyin-çiyinə dayanır: "Bu birliyimiz isə "iki dövlət, bir millət" fəlsəfəsindən qaynaqlanır və dövlət başçılarımız tərəfindən daha yüksək səviyyələrə çatdırılır".

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev müqəddəs Ramazan ayının Türkiyə və Azərbaycan üçün uğurlu olmasını diləyib, digər çıxışçılar isə iki ölkənin birlik və bərabərliyinə diqqət çəkiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti