Bu gün üçüncü Qədr gecəsidir
Din
- 05 may, 2021
- 05:05
Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
"Report" xəbər verir ki, üçüncü Qədr gecəsi mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.
Ramazan ayının sonuncu Qədr gecəsi mayın 9-da olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.
Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.
Son xəbərlər
01:12
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barəsində nə deyəcəyimi bilmirəm"
Futbol01:07
Ankarada iyunun 28-dən iyulun 11-dək aksiyaların keçirilməsi qadağan olunub
Region01:01
DÇ-2026: Fransa - İraq oyunu başlayıb
Futbol00:39
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
Digər ölkələr00:19
Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətlə və qorxmadan mübarizə apardıq"
Futbol00:13
Bu gün Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika23:55
Vens: ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaradıb
Digər ölkələr23:45
Tramp İranın genişmiqyaslı yoxlamalara razı olacağını bildirib
Digər ölkələr23:28