Son 14 ildə Azərbaycanda 7 dini qurum ləğv olunub
Din
- 21 iyun, 2023
- 08:15
“Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib”.
“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb: "Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir".
Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.
Son xəbərlər
14:37
Son 5 ay ərzində motosikletin iştirakı ilə 6 qəza olub, 1 nəfər ölüb
Hadisə14:33
Özbəkistan Prezidenti Belarusa səfər edəcək
Digər ölkələr14:30
Azərbaycan Voleybol Federasiyası və MOK "Təhlükəsiz idman - hamı üçün" seminarı təşkil edəcək
Komanda14:27
"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə14:26
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - ƏLAVƏ OLUNUB
Xarici siyasət14:25
Azərbaycan daha iki ölkəyə alma tədarük etməyə başlayıb
ASK14:10
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verilib
Futbol14:09
Əməkdar artist: Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş səhvə yol verirlər
İncəsənət14:08