Azərbaycanda 17 məscidə imam axtarılır
Din
- 26 yanvar, 2026
- 09:26
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub.
Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.
Son xəbərlər
20:31
Heqset: ABŞ Hörmüz boğazını 30 gün ərzində minalardan təmizləyə bilər
Digər ölkələr20:29
Uolts: ABŞ İranla sazişi iyunun 14-də imzalamağı gözləyir
Digər ölkələr20:14
Foto
Xankəndi Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş ilk konsert olub
Daxili siyasət20:05
Putin və Tramp arasında telefon danışığı olub
Digər ölkələr19:49
Hindistan gəmisi Oman sahillərində batıb, 14 nəfər xilas edilib
Digər ölkələr19:39
Lüis Hemilton "Formula-1" Qran-prisinin qalibi olub
Formula 119:25
Tramp İranla sülh nizamlanması çərçivəsində İsrailin Beyruta zərbəsini pisləyib
Digər ölkələr19:12
Ben Blək: ABŞ-Azərbaycan tərəfdaşlığında yeni fəsil başlayır
Xarici siyasət19:01