Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb

Daxili siyasət
  • 19 noyabr, 2025
  • 14:06
Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə (89 nəfər), Sos kəndinə isə 20 ailə (80 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrin sayı 51-ə (199 nəfər), Sos kəndinə qayıdan ailələrin sayı isə 39-a (158 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti