Türkiyədə 4 maqnitudalı zəlzələ olub

Digər
  • 13 aprel, 2026
  • 20:36
Türkiyədə 4 maqnitudalı zəlzələ olub

Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib.

Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.