Tramp: ABŞ-nin İranın bərpasını maliyyələşdirməsi barədə iddialar əsassızdır

Digər
  • 16 iyun, 2026
  • 14:17
Tramp: ABŞ-nin İranın bərpasını maliyyələşdirməsi barədə iddialar əsassızdır

ABŞ İranla əldə olunmuş razılaşmalar çərçivəsində İrana investisiyalar yatırmayacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.

Tramp ABŞ-nin İranla münaqişənin nizamlanmasına dair saziş çərçivəsində ölkənin bərpasını maliyyələşdirə biləcəyi barədə KİV-də yayılan məlumatları "absurd" adlandırıb.

"Biz heç bir pul yatırmırıq, bizim İrana hər hansı bir pul yatırmaq öhdəliyimiz yoxdur", - Donald Tramp deyib.

O vurğulayıb ki, ABŞ-nin bu cür addımlara hüququ ola bilər, lakin ölkə vəsait yatırmağı planlaşdırmır.

"Əgər istəsək, buna hüququmuz var, lakin biz heç bir pul yatırmırıq", - o əlavə edib.

Daha əvvəl KİV xəbər vermişdi ki, ABŞ və İranın cümə günü Cenevrədə imzalamağı planlaşdırdıqları memorandumda Birləşmiş Ştatlar tərəfindən İranın bərpasına 300 milyard dollarlıq töhfəni nəzərdə tutan bənd mövcuddur.