AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb - YENİLƏNİB-2

Sağlamlıq
  • 16 iyul, 2026
  • 11:12
AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb - YENİLƏNİB-2

Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Müxbir: Sevil Seymur

Ötən gün zəhərlənmə şübhəsi ilə doqquz qadın, iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.

Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Müxbir: Sevil Seymur

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.