Vergi rəsmisi: "Azərbaycan biznesi karbon qazının ölçülməsi sistemi yaratmalıdır"

Biznes
  • 29 oktyabr, 2025
  • 11:23
Vergi rəsmisi: Azərbaycan biznesi karbon qazının ölçülməsi sistemi yaratmalıdır

Azərbaycan biznesi istehsal prosesində emissiya olunan karbon qazlarının ölçülməsi sistemi yaratmalıdırlar.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) elan etdiyi sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM üçün ("Carbon Border Adjustment Mechanism") Azərbaycanın müəyyən vaxtı var: "Bu keçid aqressiv olmamalıdır, mərhələli şəkildə təmin olunmalıdır. İlk öncə, bizneslərin, xüsusilə istehsal proseslərində enerji səmərəlliyini təmin edə bilirlərsə, enerji səmərəllik planları hazırlanmalı və tətbiq olunmalıdır. İstehlak etdikləri, istifadə etdikləri enerjilərin bərpa olunan enerji mənbələri hesabına alınmış enerji mənbələrinin istifadəni təmin etmək planları müəyyənləşdirilməli və daxildə, istehsal prosesində emissiya olunan karbon qazlarının ölçülməsi sistemi yaradılmalıdır".

Vergi rəsmisi qeyd edib ki, bu, yalnız biznesin öhdəliyi deyil: "Biz hökumətin aidiyyatı qurumları olaraq başa düşürük ki, bununla bağlı həm qanunvericilik, həm institusional çərçivə hazırlanmalıdır. Emissiyaların ölçülməsi, hesabatlıq sistemi yaradılmalıdır. Bundan başqa, bizneslə bu proseslərin düzgün kommunikasiyası həyata keçirilməlidir. Emissiyanın ölçülməsi artıq mümkün olduqdan sonra istesal prosesi zamanı atmosfera buraxılan istixana qazlarının həcmlərinə görə hansısa qiymət siyasəti müəyyənləşdirilə bilər. Biznesə ismarıcımız ondan ibarətdir ki, dövlətin bu prosesdə gözləntisi biznesin üzərinə əlavə yük qoymaqla onun fiskal öhdəliklərini artırmaq deyil, həqiqətən dayanıqlı, orta və uzunmüddətli iqtisadi inkişafa nail olmaq üçün bizneslərin ortamüddətli baxışlarına bu cür qiymət qoyma siyasəti ilə təsir etməkdir. Bu proseslərdə həm dövlət, həm sahibkarlar, həm beynəlxalq təşkilatlar bir qayda olaraq birlikdə işləyirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti