Rusiyada məhkəmə icraçıları tərəfindən deportasiya edilən əcnəbilərin sayı məlum olub
Digər
- 18 sentyabr, 2025
- 08:54

Bu ilin yanvar-avqust aylarında məhkəmə icraçıları təxminən 35 min əcnəbi və vətəndaşlığı olmayan şəxsi Rusiyadan deportasiya edib.
"Report" xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu rəqəmlər 2024-cü ilin eyni dövrünün göstəricilərindən azdır. Belə ki, məhkəmə icraçıları həmin dövrdə təxminən 55 000 nəfəri deportasiya ediblər. Ötən il Rusiyadan ümumilikdə 88 min əcnəbi deportasiya edilib.
Cari ilin göstəricilərinin aşağı olması miqrantların deportasiya edilməməsi müqabilində Ukrayna ilə döyüşə göndərilmələri, eyni zamanda vətəndaşlığı olmayan şəxslərin dini və irqi ayrı-seçkiliyə məruz qalmaları nəticəsində ölkələrinə dönməsi ilə bağlı ola bilər.
Son xəbərlər
10:34
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
İncəsənət10:30
ADB Azərbaycanda özəl sektor layihələrinin keyfiyyətini yaxşılaşdıracaq
Maliyyə10:29
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb
Region10:26
Azərbaycan klubu serbiyalı basketbolçu transfer edib
Komanda10:19
Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ağdama gedir
Xarici siyasət10:16
Şuşada beynəlxalq tədbirlərin keçirilməsi suverenliyimizin və ərazi bütövlüyümüzün nümayişidir - RƏY
Xarici siyasət10:14
Foto
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Hadisə10:13
Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarət artacaq
Xarici siyasət10:13