İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB

Xarici siyasət
  • 17 aprel, 2026
  • 12:54
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrin inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub.

Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.

Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Bu barədə "Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir.