Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb

Hadisə
  • 27 aprel, 2026
  • 13:03
Pəncərə silən 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda 41 yaşlı qadın 6-cı mərtəbədən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü Gülər Yamil qızı Zamanova Biləcəri qəsəbəsində evinin pəncərəsini silən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.