Deputat: Mərkəzi Asiyanın əsas daşımalarının Azərbaycan üzərindən olması strateji əhəmiyyətə malikdir

Digər
  • 10 noyabr, 2025
  • 13:45
Deputat: Mərkəzi Asiyanın əsas daşımalarının Azərbaycan üzərindən olması strateji əhəmiyyətə malikdir

Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın əsas daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi regionun nəqliyyat və iqtisadi inteqrasiyası baxımından böyük strateji əhəmiyyətə malikdir.

Bunu "Report"a açıqlamasında Milli Məclisinin deputatı Vasif Qafarov deyib.

O bildirib ki, Azərbaycan bu prosesdə mühüm tranzit mərkəzi kimi çıxış edərək, Orta Dəhlizin səmərəliliyini və davamlılığını təmin edən əsas tərəfdaş rolunu oynayır: "Azərbaycan–Mərkəzi Asiya nəqliyyat əməkdaşlığı region ölkələrinin qarşılıqlı iqtisadi asılılığını gücləndirməklə yanaşı, enerji, logistika və rəqəmsal xidmətlər sahəsində yeni imkanlar açır. Bu əməkdaşlığın davamlı inkişafı üçün tərəflər arasında vahid logistik planlaşdırma və rəqəmsal nəqliyyat platformalarının yaradılması, Zəngəzur dəhlizinin tam reallaşması məqsədilə birgə investisiya və texniki əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, eləcə də nəqliyyat tariflərinin və gömrük prosedurlarının harmonizasiyasını nəzərdə tutan ortaq normativ bazanın tətbiqi zəruridir.

Vasif Qafarov

Bununla yanaşı, nəqliyyat marşrutlarının təhlükəsizliyi və dayanıqlılığının təmin edilməsi istiqamətində Azərbaycanın regional koordinasiya mərkəzi rolunun gücləndirilməsi məqsədəuyğundur".

Deputatın fikrincə, bu istiqamətdə atılacaq addımlar Orta Dəhlizin və Zəngəzur dəhlizinin tam potensialını reallaşdıracaq: "Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü kimi daha da möhkəmləndirəcək və bütövlükdə regionun iqtisadi inkişafına, dayanıqlılığına və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti