Marta Kos İrəvana səfər edib

Digər
  • 19 sentyabr, 2025
  • 13:40
Marta Kos İrəvana səfər edib

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün Ermənistana səfər edib.

Bu barədə "Report" Aİ-nin genişlənmə və Şərq qonşuluğu ofisinin nəşrinə istinadən məlumat verir.

"Komissar Marta Kos Ermənistanda Aİ əməkdaşlığını gücləndirmək və qarşılıqlı fəaliyyət gündəliyini irəli aparmaq üçün İrəvandadır. O, səfər zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyanla görüşəcək. Bundan əlavə, o, "EU4Sevan" layihəsini məkanını ziyarət edəcək və vətəndaş cəmiyyəti ilə ünsiyyət quracaq", - postda deyilir.

Xatırladaq ki, Marta Kos sentyabrın 19-20-də Ermənistanda olacaq. Bundan əvvəl o, Azərbaycana səfər etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti