Laçında traktor dərəyə aşıb, bir nəfər ölüb
Hadisə
- 08 sentyabr, 2025
- 13:47

Laçında traktor dərəyə aşıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "XCMG" markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
17:55
Azərbaycanda dövlət satınalmaları 57 % artıb
Maliyyə17:53
Video
Qətər HƏMAS rəhbərliyinə qarşı zərbələri pisləyib - YENİLƏNİB-3
Digər ölkələr17:51
Hesablama Palatası: Dövlət satınalmalarının ÜDM-yə nisbəti 1,8 faiz bəndi artıb
Maliyyə17:50
Hesablama Palatası: Şəhər və rayonlarda xərclərin proqnoza uyğun icrasında ciddi fərqlər var
Maliyyə17:44
Azərbaycanda 11 sifarişçi büdcədən ayrılan 39,7 milyon manatı bank hesabında saxlayıb
Maliyyə17:41
Növbəti dörd gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya17:41
Nepal Prezidenti etirazçıları danışıqlara çağırıb
Digər ölkələr17:41
Çin Orta Dəhlizin inşasında iştirak etməyə hazırdır
Xarici siyasət17:35