İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
Region
- 07 mart, 2026
- 11:29
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.
"Report"un "İsna"ya istinadən verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq", - qeyd edib.
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.
Son xəbərlər
10:09
Küveytin sərhəd idarəsinin iki zabiti həlak olub
Digər ölkələr09:36
"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi müəyyənləşib
Formula 109:34
NYT: İran İsfahandakı obyektin dağıntıları altından zənginləşdirilmiş uran çıxara bilər
Digər ölkələr09:05
Premyer Liqa: Bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı, "Şamaxı" "İmişli"ni qəbul edəcək
Futbol08:50
Van İ: Tramp Pekinin əsas tərəfdaşlarını hədəf aldığı üçün ABŞ ilə danışıqlar çox vacibdir
Digər ölkələr08:33
Küveytdəki Sosial Təminat Qülləsi zərbədən sonra alovlanıb
Digər ölkələr08:21
İran ordusu Küveytdəki ABŞ bazasına raketlər atıb
Digər ölkələr08:07
Avstraliya İranın hücumuna məruz qalan ölkələrə yardım tələblərini nəzərdən keçirir
Digər ölkələr07:33