"Formula ": "Maklaren" sürücüsü də səddə çırpılıb - YENİLƏNİB - 3
- 20 sentyabr, 2025
- 17:44

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.
"Report"un məlumatına görə, "Maklaren"dən Oskar Piastrinin idarə etdiyi bolid də səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və üçüncü sessiya müvəqqəti dayanıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.
"Report"un məlumatına görə, "Ferrari" pilotu Şarl Leklerin idarə etdiyi bolid üçüncü sessiyada səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində daha bir pilot uğursuzluqla üzləşib.
"Report"un məlumatına görə, "Haas" komandasının sürücüsü Oliver Bermanın bolidində problem aşkarlanıb.
O, sıralama turunun ikinci sessiyanın əvvəlində mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda növbəti qəza baş verib.
"Report"un məlumatına görə, bu dəfə "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin idarə etditiyi bolid səddə dəyib.
Qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.
"Report"un məlumatına görə, "Uilyams" komandasından Aleksander Albon uğursuzluqla üzləşib.
Onun idarə etdiyi bolid səddə dəyib. Qırmızı bayraq qaldırıldıqdan sonra sessiya müvəqqəti dayandırılıb.
Qeyd edək ki, əsas yarış sentyabrın 21-də keçiriləcək.