Donald Tramp: ABŞ tezliklə daha bir müharibəni dayandıracaq

Digər
  • 22 yanvar, 2026
  • 14:19
Donald Tramp: ABŞ tezliklə daha bir müharibəni dayandıracaq

ABŞ Prezidentinin indiki administrasiyası 8 müharibəni dayandırıb, tezliklə bu siyahıya daha bir bitmiş müharibə əlavə olunacaq.

"Report"un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində çıxışı zamanı bildirib.

"Bu, çox uzun müddət gözlədiyimiz olduqca həyəcanlı bir gündür", - Tramp tədbiri açarkən deyib.

O, həmçinin Yaxın Şərqdə sülhün əhəmiyyətini vurğulayıb. "Biz səkkiz müharibəni həll etdik və hesab edirəm ki, tezliklə daha bir müharibə öz həllini tapacaq", - ABŞ lideri Ukrayna müharibəsini nəzərdə tutaraq əlavə edib.

"Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu", - Tramp qeyd edib və böyük irəliləyişə nail olunduğunu söyləyib. Prezident təkrar edib ki, o, həmin dövrdə ABŞ Prezidenti olsaydı, Ukraynada müharibə başlamayacaqdı. "Bu baş verməməliydi. Mən əvvəllər Vladimir Putinlə (RF prezidenti - red.) Ukrayna haqqında danışmışdım. O, onun gözünün ağı idi, bunu heç vaxt etməzdi. Mən (Putinə - red.) deyirdim: "Sən bunu edə bilməzsən, Vladimir".

Son xəbərlər

Bütün Xəbər Lenti