Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvət olunması barədə məlumatım yoxdur

Xarici siyasət
  • 26 fevral, 2026
  • 09:40
Ceyhun Bayramov: Ermənistanın WUF13-ə dəvət olunması barədə məlumatım yoxdur

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.

Bunu "Report"un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən deyib.

Onun sözlərinə görə, WUF13 Azərbaycanın müvafiq qurumları ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə keçirəcəyi tədbirdir:

"WUF13 çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Təbii ki, tədbirin öz formatı var və bu kontekstdə hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun prosedur da həyata keçiriləcək. Əlbəttə, burada bütün dünya ölkələrinin liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Belə bir dəvətin (Ermənistanı nəzərdə tutur - red.) olması barədə məndə məlumat yoxdur".

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti