Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb

COP29
  • 02 dekabr, 2025
  • 10:46
Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının mətni razılaşdırılıb

Braziliyanın Azərbaycana həvalə etdiyi Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının (Global Stocktake -GST) mətni razılaşdırılıb.

Bunu "Report"un sualına cavab olaraq COP29 üzrə Azərbaycanın baş danışıqçısı xarici işlər nazirinin müavini, Yalçın Rəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Norveçin birlikdə vasitəçilik etdiyi qərar üzrə uğurlu nəticə əldə olunub:

"Braziliya COP30-un yekunu olaraq qərar layihəsi irəli sürdü. Azərbaycan və Norveçin apardığı bir neçə raundluq müzakirələrin nəticəsi də mətnin razılaşdırılması təmin olundu".

Xatırladaq ki, BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP30) vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədin razılaşdırılması Braziliya tərəfinin xahişinə əsasən Azərbaycana həvalə edilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti