BDYP: Dağlıq ərazilərdəki qəzaların əksəriyyəti sürət həddinin yola uyğun seçilməməsinə görə olur

Daxili siyasət
  • 16 dekabr, 2025
  • 09:28
BDYP: Dağlıq ərazilərdəki qəzaların əksəriyyəti sürət həddinin yola uyğun seçilməməsinə görə olur

Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır.

"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə (BDYPİ) etdiyi xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir.

BDYPİ son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini qeyd edərək bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırıb:

"Onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə mövsümə uyğun şinlərlə təchizatını, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti