Azərbaycan hərbi qulluqçuları "Eternity-2025" təlimində iştirak edir
Hərbi
- 15 oktyabr, 2025
- 18:34

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyənin Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.
Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.
Son xəbərlər
21:00
Gürcüstanda nümayişlər zamanı qaydaların pozulmasına görə məsuliyyət sərtləşdirilir
Region20:56
Azərbaycanın üzgüçülük millisinin baş məşqçisi yeni vəzifəyə təyin edilib
Fərdi20:49
Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib
Energetika20:44
Heqset: Ukraynada müharibə bitməsə, Rusiya ciddi nəticələrlə üzləşəcək
Digər ölkələr20:38
Paşinyan Kraliça Matilda ilə Ermənistan və Azərbaycan arasında sülh səylərini müzakirə edib
Xarici siyasət20:18
Lavrov: Kiyevə "Tomahawk" raketlərinin tədarükü Rusiya-ABŞ münasibətlərinə böyük ziyan vuracaq
Region20:17
Quterriş: BMT-nin humanitar fəaliyyəti çökmək ərəfəsindədir
Digər ölkələr20:05
Lavrov: Rusiya ABŞ ilə məsələləri müzakirə etməyə hazırdır
Region20:03