Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc mükafat qazanıblar

Fərdi
  • 28 sentyabr, 2025
  • 12:14
Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc mükafat qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında bürünc mükafat qazanıblar.

"Report" xəbər verir ki, bu gün keçirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan Yağmur Məmmədli ilə Aylin Əsgərova üçüncü yeri tutublar.

Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.

Qeyd edək ki, idmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti