Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB

Biznes
  • 15 iyun, 2026
  • 15:14
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar Biləcəri dəmir yolu stansiyasından yola düşüb.

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

"Report" xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.