Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2025)
- 03 sentyabr, 2025
- 16:58

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-avqust aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 28 391 321 734 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 23 978 267 440 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 3 484 528 735 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 3 082 856 211 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 1 853 613 568 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 1 640 747 630 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 453 543 532 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 917 018 444 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 529 487 091 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 199 297 176 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 183 979 967 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC və 148 514 416 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi AZN |
1 | Paşa Kapital | 28 391 321 734 |
2 | ABB-İnvest | 23 978 267 440 |
3 | CPM-İnvest | 3 484 528 735 |
4 | Assist Finance | 3 082 856 211 |
5 | Xalq Kapital | 1 853 613 568 |
6 | İnvest-Az | 1 640 747 630 |
7 | Unicapital | 1 453 543 532 |
8 | Capital Partners | 917 018 444 |
9 | Troni | 529 487 091 |
10 | CFI Financial | 199 297 176 |
11 | İnno Kapital | 183 979 967 |
12 | MFX Trading | 148 514 416 |