Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 05 sentyabr, 2025
- 14:27

Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 % artıb: "Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını bu sektorun payına düşür".
M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının "ağardılması" və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.
#Qeyrineft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87% artmışdır. Ümumi əmək müqavilələrinin 55 faizə yaxını bu sektorun payına düşür.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 5, 2025
Bu əhəmiyyətli nəticələrin… pic.twitter.com/QPPFEzl6n2