Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 917 nəfər təxliyə olunub - YENİLƏNİB - 2

Xarici siyasət
  • 03 mart, 2026
  • 18:29
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 917 nəfər təxliyə olunub - YENİLƏNİB - 2

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 917 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 3-ü saat 18:00-a qədər sərhədi 204 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 278, Rusiyanın 127, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Belarusun hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, İsveçrə 4, Qətər və Banqladeş, Özbəkistan, İran, Meksikanın hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hərəsinin 2, Böyük Britaniya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 725 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 3-ü saat 14:00-a qədər sərhədi 165 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 224, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 71, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətər və Banqladeşin hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Özbəkistan, Türkiyə və İranın hərəsinin 2, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 615 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Report"un əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 150, Rusiyanın 127, Pakistanın 66, Tacikistanın 52, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirliklərinin 6, Serbiyanın 5, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti