"Aqrar tədarük və təchizat"ın nizamnamə kapitalı 6 dəfə azaldılıb

Maliyyə
  • 06 aprel, 2026
  • 16:10
Aqrar tədarük və təchizatın nizamnamə kapitalı 6 dəfə azaldılıb

Nazirlər Kabineti "Aqrar tədarük və təchizat" ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə" 4 iyul 2019-cu il tarixli qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 6 milyon manatdan 1 milyon manata endirilib.

"Aqrar tədarük və təchizat" 2016-cı ildə fermerlərin məhsullarının satışına dəstək verilməsi, kənd təsərrüfatı məhsullarının bazara çıxışının asanlaşdırılması, dövlət ehtiyacları üçün aqrar məhsulların mərkəzləşdirilmiş qaydada alınması, aqrar sektorda şəffaf ticarət mexanizmləri formalaşdırılması məqsədi ilə yaradılıb.