Abbas Abbasov: Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb
- 01 may, 2026
- 16:39
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq strukturun yaradıldığını elan edib.
"Report" xəbər verir ki, müvafiq qərar BTQ tərəfindən Bakıda aprelin 30-da - mayın 1-də təşkil edilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda forumun yekunları əsasında qəbul edilib.
"İkigünlük Beynəlxalq Gənclər Forumunun uğurla başa çatmasından sonra, böyük şərəflə, bütün iştirakçılar adından Qlobal Cənubun Gənclər Platformasının yaradıldığını rəsmən elan edirik", - o bildirib.
A.Abbasovun sözlərinə görə, bu platforma dekolonizasiya uğrunda mübarizədə gənclərin səsini ucaltmağa imkan verəcək.