Zelenski Trampla danışıb
Digər ölkələr
- 06 noyabr, 2024
- 22:39
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.
“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi sosial şəbəkədə yazıb.
“Prezident Donald Tramp ilə əla telefon danışığım olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”, – Ukrayna lideri qeyd edib.
Tərəflər “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.
“Güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır”, – Zelenski vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olmuşdu.
Son xəbərlər
17:30
İran və Qətər beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa edib
Digər ölkələr17:07
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Hadisə16:54
Fransa Prezidenti 17 il sonra ilk dəfə Suriyaya səfər edəcək
Digər ölkələr16:32
Foto
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Fərdi16:28
"Dawn": Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər
Digər ölkələr16:13
"Zirə" Kris Diqbeunu heyətinə qatıb
Futbol16:09
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi16:00
DÇ-2026: Braziliya Norveçlə, İngiltərə Meksika ilə üz-üzə gələcək
Futbol15:51