Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 23:54
Zelenski ABŞ və Aİ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı ölkəsində keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, o, bu barədə çərşənbə axşamı jurnalistlərə bildirib.

"Bundan əlavə, indi xahiş edirəm və açıq şəkildə bildirirəm ki, ABŞ mənə, bəlkə də avropalı həmkarlarımızla birlikdə seçkilərin təhlükəsizliyini təmin etməkdə kömək etsin. Onda növbəti 60-90 gün ərzində Ukrayna seçkilər keçirməyə hazır olacaq. Şəxsən mənim buna azadlığım və hazırlığım var", - Zelenski bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədə seçkilər keçirilməsi çağırışını şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, İtaliyanın "La Repubblica" qəzetinə danışıb.

"Mən hər zaman seçkilərə hazıram", - deyə Zelenski bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "Politico"ya müsahibəsində qeyd edib ki, Ukraynada prezident seçkiləri keçirilməsinin vaxtıdır. Onun fikrincə, Ukrayna xalqının seçim imkanı olmalıdır. Tramp seçkilərdə hazırkı Prezident Zelenskinin qələbə qazanacağını da istisna etməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti