Vladimir Zelenski: “Qəsdən koronavirusa yoluxmaq istəyirdim”
Digər ölkələr
- 09 iyun, 2020
- 07:20
Ukrayna Prezidenti Vladimir Zelenski qəsdən koronavirusa yoluxmaq istədiyini söyləyib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, V.Zelenski bu barədə “Ukrainska pravda” qəzetinə müsahibəsində bildirib.
“Bunu öz üzərimdə yaşamaq istəyirdim. Köməkçilərimə söylədim ki, istəyirəm xəstələnim, təcrid olunum, sağalandan sonra isə hamı bunun elə də qorxulu virus olmadığını görsün. Amma sonda buna getməkdən imtina etdik. Ailəm də məni bağışlamazdı, deyərdilər ki, ağlını itirib”, - o deyib.
Qeyd edək ki, Ukraynada son məlumatlara görə, 27 462 yoluxma hadisəsi təsdiqlənib, 12 mindən çox xəstə sağalıb və 797 nəfər ölüb.
Son xəbərlər
10:42
Türkiyədə qanunsuz yolla vətəndaşlıq əldə edən 687 nəfərin hüququ ləğv olunub
Region10:30
ABŞ-də meşədə yanğın törətməkdə şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr10:30
Video
"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
Energetika10:06
ABŞ dövlət katibinin köməkçisi Mərkəzi Asiyaya səfər edəcək
Digər ölkələr10:04
Video
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır
Xarici siyasət10:02
Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib
Maliyyə10:01
Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib
Biznes10:01
Sesar Palasios "Fulhem"ə transfer olunub
Futbol10:01